2008-11-13 Azərbaycanda Konstitusiya günü qeyd olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin məzarina ziyarət

Xəbərlər

2008 Nov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə müsahibəsində demişdir: “Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir”.