10 dekabr – Beynəlxalq insan hüquqları günü ilə əlaqədar olaraq dekabr ayının 8-də Konstitusiya Məhkəməsinin inzibati binasında Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakının Sabunçu rayonunda 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri və yüksək bal toplayaraq fərqlənmiş iştirakçıları ilə görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini Şahin Rüstəmov, Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Babayeva və Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri İntiqam Eyvazov olimpiada qaliblərinə Məhkəmənin yaranma tarixi, səlahiyyətləri və fəaliyyəti barəsində geniş məlumat vermiş, məhkəmə zalları və iş şəraiti ilə tanış etmişlər.
Sonda xatirə şəkilləri çəkilmişdir.