2016-11-11 Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlər

2016 Nov

Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir.

Noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 21 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.