2008-06-22 Batumi şəhərində «Cənubi Qafqazda konstitusiya ədalət mühakiməsi və hüquqi dövlət» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir

Xəbərlər

2008 Jun

Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə 19-20 iyun 2008-ci il tarixində Batumi şəhərində «Cənubi Qafqazda konstitusiya ədalət mühakiməsi və hüquqi dövlət» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakim Rafael Qvaladze, Aparat rəhbəri Arif Zeynalov və məhkəmənin digər məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Həmin Konfransda Azərbaycan və Gürcüstan Respublikalarının geniş tərkibli nümayəndə heyətləri ilə yanaşı Türkiyə, Litva, Ukrayna, Rusiya, Polşa və digər konstitusiya nəzarəti orqanlarının hakimləri iştirak etmişlər. Konfrans iştirakçıları «Konstitusiya ədalət mühakiməsinin hüquqi dövlət qulluğunda rolu» və «Konstitusiya şikayətləri» mövzuları ətrafında məruzələri dinləmiş və geniş fikir mübadiləsi aparmışlar.