Konstitusiyanın 20 illiyi hər bir ölkənin həyatında mühüm hadisədir. Bu heç də az olmayan müddətdə onun dəyişməzliyi ölkənin sabitliyini, çiçəklənməsini göstərir.
Bu sözləri Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədr müavini Sergey Mavrin AZƏRTAC-a müsahibəsində deyib. O, Azərbaycan Respublikası Konstitusiyasının 20-ci ildönümünə həsr olunan konfransda iştirak edir.
“Arzu edirəm ki, ölkənin inkişaf trendi qorunub saxlansın, hüquq sistemi möhkəmlənsin, qanunun aliliyi prinsipi isə həm də Konstitusiya Məhkəməsinin iştirakı ilə həyata keçirilməkdə davam etsin”, - deyə S.Mavrin qeyd edib.
Bakıya birinci dəfə gələn qonaq Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, Bakı onun yaddaşında sürətlə inkişaf edən ölkə kimi həkk olub, burada olmaq həqiqətən də xoş və rahatdır.