2006-09-08 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vilnüsda keçirilən Avropa Konstitusiya Məhkəmələri Konfransının üzvü olan Avropa Konstitusiya nəzarəti orqanları sədrlərinin iclasında iştirak etmişdi

Xəbərlər

2006 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Litva Respublikasının Konstitusiya Məhkəməsinin sədri Eqidius Kurisin dəvəti ilə sentyabrın 7 və 8-də Vilnüs şəhərində keçirilən Avropa Konstitusiya Məhkəmələri Konfransının üzvü olan Avropa Konstitusiya nəzarəti orqanları sədrlərinin iclasında iştirak etmişdir.

İclasda konfransın struktur islahatları, konstitusiya ədalət mühakiməsinin müasir tendensiyaları və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.Sentyabarın 7-də iclas iştirakçılarını Litiva Respublikasının prezidenti Valdas Adamkus qəbul etmiş, onlara uğurlu və faydalı iş arzulamışdır. Səfər zamanı F.Abdullayev Avropanın bir sıra konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirmiş, ikitərəfli hüquqi əməkdaşlığın perspektivləri barədə geniş müzakirələr aparmışdır.