2015-10-02 Azərbaycan Konstitusiyasının 20 illiyi ilə bağlı beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Xəbərlər

2015 Oct

Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunan “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları oktyabrın 2-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzüldü.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə güllər qoydular.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.