2005-ci il fevralın 25-26-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin İşlər idarəsinin müdiri Akif Hümbətov Moldova Respublikasının Konstitusiya Məhkəməsinin dəvəti ilə Moldova Respublikasının Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş «Konstitusiya ədalət mühakiməsi: aktuallıq və perspektivlər» mövzusunda Kişenyovda keçirilən konfransda iştirak etmişlər. Cənab Fərhad Abdullayev Azərbaycanda vətəndaşların konstitusiya ədalət mühakiməsinə birbaşa müraciəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Konfransda həmçinin gənc demokratiya ölkələrinin konstitusiya məhkəmələri Avropa hüquq sahəsində konstitusiyanın təfsirinin hüquqi qüvvəsi,Konstitusiya məhkəmə qərarlarının hüququn mənbəyi kimi və onların digər məhkəmə orqanlarının aktları ilə uyğunluğu və s. kimi məsələlər müzakirə olunmuşdur.