2004-11-11 Konstitusiya Məhkəməsində "Məhkəmə qərarlarının yazılış qaydası" mövzusuna həsr olunmuş Dəyirmi Masa keçirilmişdir.

Xəbərlər

2004 Nov

Noyabr ayının 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Məhkəmə qərarlarının yazılış qaydası" mövzusuna həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Konstitusiya Məhkəməsi ilə Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) birgə keçirdikləri tədbirdə Respublikanın Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nazirliyinin nümayəndələri həmçinin ABŞ- in Havay Adalarının Ailə Məhkəməsinin hakimi xanım Evelin Lans, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak etmişdilər.

Dəyirmi Masanı giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev müzakirəyə çıxarılan mövzusunu çox aktual olaraq Respublikanın bütün məhkəmə instansiyaları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, qeyd etmişdir ki, inkşaf prossesi mütəmadidir və insan taleyinə öz fəaliyyəti ilə birbaşa təsir göstərə bilən hər bir təsisat, o cümlədən də məhkəmə orqanları öz işini təkmilləşdirməli, mütərəqqi təcrübədən istifadə etməlidir. Xüsusi ilə vurğulanmışdır ki, hakmiyyəti təmsil edən və hakimiyyət adından qərar qəbul edən məhkəmənin aktı iki fundamental şərtə cavab verməlidir -bunlar qanunilik və əsaslılıqdır. Xanım Evelin Lans ABŞ-in məhkəmələrində qərarlarının yazılışında tətbiq olunan qaydalardan danışmış, məhkəmə qərarının aydın və birmənalı olduğunun vacibliyini qeyd etmişdir. 

Müzakirə edilən məsələlərə dair Azərbaycan Respublikasının ayrı-ayrı instansiyalarının hakimləri öz rəylərini bildirərək, mövzu ətrafında geniş fikir mübadiləsi aparmışdırlar.