2013-07-13 XXI əsrdə Konstitusiya ədalət mühakiməsi:xüsusiyyətləri və inkişaf yolları mövzusunda Beynəlxalq konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

Xəbərlər

2013 Jul

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda Beynəlxalq elmi konfransın iştirakçıları iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül dəstələri düzmüşlər.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
1918-ci ildə Azərbaycanda, o cümlədən paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksi də ziyarət edilmiş, önünə gül dəstələri düzülmüşdür.