16 iyun 2004-cü ildə Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev və hakimlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan İranın başda Ədliyyə Naziri cənab Mühəmmədismayıl Şüştəri olmaqla İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşü keçirilmişdir. Səfər ədliyyə sahəsində iki respublika arasında əməkdaşlıq çərçivəsində təşkil edilmişdir. Görüş zamanı Sədr Fərhad Abdullayev qonaqlara Azərbaycanın məhkəmə-hüquq sistemi, respublikada aparılan hüquqi islahatlar, habelə fərdi şikayətlərə baxılması sahəsində Konstitusiya Məhkəməsinin yeni səlahiyyətləri haqqında danışmışdır.