2013-01-25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Fransanın Strasburq şəhərində keçirilmiş seminarda iştirak etmişdir

Xəbərlər

2013 Jan

25 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  sədr müavini xanım Sona Salmanova Fransanın Strasburq şəhərində keçirilmiş İnsan  Hüquqları üzrə Avropa Məhkəməsinin illik rəsmi açılış mərasiminə həsr olunmuş “İnsan Hüquqları və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının iqtisadi böhran dövründə tətbiqi” mövzusunda seminarda iştirak etmişdir.

İnsan  Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman seminarda çıxış edərək qonaqları salamlamışdır. Tədbirdə İnsan  Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Culiya Laffrank, Avropa Hesablama Palatasının üzvü İoannis Sarmas, Tarty Universitetinin beynəlxalq hüquq üzrə professoru Lauri Melkzo, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Tribunalın sədri Teodor Meron və başqaları çıxış edərək İnsan Hüquqları və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və Avropa Məhkəməsinin təcrübəsinin iqtisadi böhran dövründə  tətbiqinin vacibliyini vurğulamış, qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.