2012-06-25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanovanın Buxarest şəhərinə səfəri

Xəbərlər

2012 Jun

2012-ci ilin 20-22 iyun tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova Rumıniya Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Konstitusiya nəzarətinin ənənələri və perspektivləri” mövzusunda Buxarest şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri konstitusiya nəzarəti çərçivəsində”  mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirdə konstitusiya məhkəmələrinin müasir cəmiyyətdəki rolu və konstitusiya nəzarəti orqanlarının fəaliyyətinin perspektivləri ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.