2012-05-18 Azərbaycan və Koreya respublikaları Konstitusiya məhkəmələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır

Xəbərlər

2012 May

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kanq-Kuk Linin dəvəti ilə mayın 19-dan 24-dək Seul şəhərində rəsmi səfərdə olacaqdır.

Səfərin əsas məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir.

Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur.