Sentyabrın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aqus Trimartono ilə görüşmüşdür. Görüşdə A.Trimartono İndoneziya Konstitusiya Məhkəməsinin sədri Mohammad Mahfudun və onun müavini xanım Maria Farida İndratinin oktyabrın 19-21-də Bakıya rəsmi səfər edəcəyi barədə məlumat vermişdir. |