17.06.2026
İyunun
17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İslam Əməkdaşlıq Təşkilatının
(İƏT)
Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali
Alyaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları
salamlayan sədr Fərhad Abdullayev ölkəmizdə insan hüquq və azadlıqlarının
müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə
ətraflı məlumat verib. Həmçinin, İƏT-ə üzv olan İslam Dünyası Konstitusiya
Yurisdiksiyaları Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri
ilə əməkdaşlığın önəmini vurğulayıb.
Daha
sonra sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən,
konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs
edib. Həmçinin, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya
Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) arasında səmərəli əməkdaşlığı
xüsusi qeyd edib.
Səmimi
qəbula görə təşəkkürünü bildirən Hadi Bin Ali Alyami Azərbaycanın insan
hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi
sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. İnsan hüquqlarının təşviqi
və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu
istiqamətdə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin
vacibliyini nəzərə çatdırıb.
Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.
