08.05.2026
Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Konstitusiyanın
130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun
7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 140, 181, 182, 314 və 650-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 2-nə təyin edilmiş iclasında
baxılacaq.
