Konstitusiya Məhkəməsində Qazaxıstan Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının magistrantları ilə görüş keçirilib

Xəbərlər

2026 Apr

14.04.2026

Aprelin 14-də Konstitusiya Məhkəməsində Qazaxıstan Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının magistrantları ilə görüş keçirilib.

Tədbirdə magistrantlara Konstitusiya Məhkəməsinin yaranma tarixi, fəaliyyəti, qərarların qəbuletmə proseduru, həmçinin Plenum tərəfindən qəbul edilmiş qərarlarda əks olunmuş bəzi hüquqi mövqelər, konstitusiya ədalət mühakiməsi sahəsində beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını bildirən qonaqlar Azərbaycan Respublikası Ədliyyə Akademiyasında stajkeçmə proqramını yüksək qiymətləndiriblər. Daha sonra magistranların Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra sualları cavablandırılıb.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak edib.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.