17.03.2026
"Könüllü fəaliyyət haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq, martın 13-də Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsində könüllü fəaliyyətə cəlb olunan bir qrup gənc
sertifikatlara layiq görülüb. Könüllü kimi iki ay müddətində fəaliyyət göstərərək
müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim
edilib. Bu onların gələcək əmək fəaliyyətinə uğurlu keçidi üçün əlavə imkan
yaradır.
Məhkəmənin
fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin, Bakı Slavyan
Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının və Milli Aviasiya Akademiyasının hüquqşünaslıq və beynəlxalq
münasibətlər ixtisasları üzrə təhsil alan tələbələridir.
Könüllü
Proqramı müddətində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə
keçib, səlahiyyətli subyektlərin sorğu və müraciətlərinə baxılması prosesi ilə
yaxından tanış olublar.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında iştirak
etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.
