05.03.2026
Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Konstitusiyasının
130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun
7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyanın
25, 71 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan Hüquqları
üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul
olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun aprelin 1-nə təyin edilmiş iclasında
baxılacaq.
