04.02.2026
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü və 522.6-cı maddələrinin şərh
edilməsinə dair Azərbaycan Respublikası
Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması
haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilmiş iclasında baxılacaq.
