Konstitusiya Məhkəməsinin Palatası CM-in 321-ci maddəsinin “Qeyd” hissəsinin şərh edilməsinə dair məsələnin Plenumun icraatına qəbul edilməsi haqqında Qərardad qəbul etmişdir

Xəbərlər

2026 Feb

03.02.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin şərh edilməsinə dair  Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.  

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın  23-nə təyin edilmiş iclasında baxılacaq.