Konstitusiya Məhkəməsi Palatasının iclasında vətəndaş A.Şükürovanın şikayəti Plenumun icraatına qəbul edilib

Xəbərlər

2026 Feb

02.02.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 noyabr 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair vətəndaş A.Şükürovanın şikayətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 20-nə təyin edilmiş iclasında baxılacaq.