Konstitusiya Məhkəməsinin Palatası CPM-in 148.6 və 447.2-ci maddələrinin şərh edilməsinə dair məsələnin Plenumun icraatına qəbul edilməsi haqqında Qərardad qəbul etmişdir

Xəbərlər

2026 Jan

29.01.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 19-na təyin edilmiş iclasında baxılacaq.