15.01.2026
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze 15 yanvar 2026-cı
il tarixdə uzunsürən xəstəlikdən sonra vəfat etmişdir.
Rafael
Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət
mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə
uğurla çalışmış, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata
keçirilməsinə həsr etmişdir.
Fəaliyyəti
dövrü ərzində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası”
fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Səmimiliyi
və təvazökarlığı ilə hörmət qazanmış, yüksək insani keyfiyyətlərə malik ədalətli
hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət
eləsin!