07.01.2026
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya
Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 53.1.7-ci və 139-cu maddələrinin
şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna baxılaraq,
Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş
iclasında baxılacaq.
