Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti, Plenumun icraatına qəbul edilib.

Xəbərlər

2026 Jan

06.01.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 30-na təyin edilmiş iclasında baxılacaq.