Konstitusiya Məhkəməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndə heyəti ilə görüş keçirilib

Xəbərlər

2025 Dec

24.12.2025

Dekabrın 24-də Konstitusiya Məhkəməsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparat rəhbərliyi və məsul əməkdaşlar, həmçinin ADPU-nun Quba filialının direktoru, müəllim və tələbə heyəti iştirak edib.

Görüş zamanı Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verilib, həmçinin Konstitusiyanın rolu, suverenliyin hüquqi əsasları, hüquqi maarifləndirmənin əhəmiyyəti, ali təhsil müəssisələri ilə məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbula görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildiriblər. Daha sonra məhkəmənin fəaliyyəti ilə bağlı bir sıra suallar cavablandırılıb.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.