27.09.2025
Müzəffər
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə Rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbə qazandığı Vətən müharibəsinin
beşinci ildönümündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
kollektivi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edərək
ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini
yad edib, xatirə abidəsinin önünə gül dəstələri qoyublar.