26.08.2025
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi
haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının
Qanununun 67-ci maddəsinin “ğ” bəndinin şərh edilməsinə dair Naxçıvan
Muxtar Respublikasının Ali Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad
qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi
Plenumunun sentyabrın 16-na təyin edilmiş iclasında baxılacaq.
