14.07.2025
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci
maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinin
şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 31-nə təyin edilmiş iclasında baxılacaq.
