14.07.2025
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və
“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 77 və 102 maddələrinin şərh edilməsinə dair
Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul
olunması haqqında qərardad qəbul edilib.
Müraciətə
mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
iyulun 30-na təyin edilmiş iclasında baxılacaq.
