Konstitusiya Məhkəməsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Xəbərlər

2024 Nov

11.11.2024

Noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 29-cu ildönümü münasibətilə Konstitusiya Məhkəməsinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycanın Konstitusiyasının yaradıcısı və müəllifi Ulu Öndərin məzarını ziyarət edib, xatirəsi dərin hörmət və ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.