29.08.2024
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova avqustun 29-da ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qonaqlara növbədənkənar
parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan
Respublikasının Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və
funksiyaları barədə məlumat verilib. Seçki Müşahidə Missiyasının nümayəndə heyəti,
həmçinin Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında Azərbaycan
Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin
edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş
Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı məlumatlandırılıb.
Ditmir Buşati məlumata görə təşəkkürünü
bildirərək Seçki Müşahidə Missiyasının fəaliyyəti və məqsədlərindən danışıb.
Sonda seçki prosesi ilə bağlı bəzi hüquqi məsələlər müzakirə olunub.
Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.