Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinin Məlumatı

Xəbərlər

2024 Jul

13.07.2024

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.