24.06.2024
İyunun
24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti
iclası keçirilib.
İclasda
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci
bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən,
Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR
nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin
edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”
Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar
seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu
barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq, Plenumun
icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya
mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq.