01.05.2024
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə
iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Mülki Məcəlləsinin
673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər
Bakı Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin,
Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini
və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsinin
tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində
nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə
qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və
həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri
ehtiva edir.
Mülki
Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına
pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən
bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə
alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin
pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.
Bağışlama
müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya
əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü
maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin
bağışlamaqdan imtina hüququna xitam verilir.