23.02.2024
Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə
Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə
təqdim olunub.
Tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları
iştirak ediblər.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin
hakimi vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək,
ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fərhad
Abdullayev ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq
sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin
möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində
atılan mühüm addımlardan bəhs edib.
Hakim
Fikrət Məmmədov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təşəkkürünü ifadə edərək, hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini
bildirib.