Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat Xitmətinin Məlumatı

Xəbərlər

2022 Dec

12.12.2022

Dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, görkəmli siyasi xadim, Ulu Öndər  Heydər Əliyevin vəfatından 19 il keçir.

Xalqımızın ümümilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri,  hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.