Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Strasburq şəhərinə işgüzar səfər etmişdir

Xəbərlər

2022 Jun

28.06.2022

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spanonun dəvəti ilə iyun ayının 24-də “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” mövzusunda keçirilmiş Məhkəmə Seminarında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olmuşdur.

Məhkəmə Seminarında pandemiya dövründə Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarına qoyulan məhdudiyyətlər, pandemiya zamanı dövlətlərin üzərinə düşən pozitiv öhdəliklər, milli məhkəmələrdə aparılan icraatlar və digər hüquqi məsələlər ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Səfər zamanı bir sıra Avropa ölkələrinin Konstitusiya Məhkəmələrinin sədrləri və Avropa Məhkəməsinin hakimləri ilə işgüzar görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə hüquq əməkdaşlığının praktiki məsələləri müzakirə edilmişdir.