İyun ayının 25 və 26 tarixlərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Georqi Papuaşvilinin dəvəti ilə Gürcüstan Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Batumi şəhərində rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Gürcüstan, Türkiyə, Almaniya və digər ölkələrin Konstitusiya məhkəmələrinin Sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və Avropa Şurasının Venesiya Komissiyasının Sədri ilə görüşlər keçirilmişdir.
Konfransda Sədr Fərhad Abdullayev “Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində praktiki aspektlər” mövzusunda çıxış etmişdir.
Daha sonra konfrans iştirakçıları Gürcüstan Respublikasının Prezidenti cənab Mixail Saakaşvili tərəfindən qəbul edilmişdir.