2011-06-06 Avropa Konstitusiya Məhkəmələrinin XV Konqresi

Xəbərlər

2011 Jun

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin tapşırığı ilə Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və Aparatın böyük məsləhətçisi Kamran Yusifov 2011-ci il 23-25 may tarixlərində Rumıniyanın Buxarest şəhərində Avropa konstitusiya məhkəmələrinin XV konqresinin işində iştirak etmişlər.

Konqresdə Konstitusiya Məhkəməsinin parlament və hökümətlə münasibətləri, əsas hüquqi (orqanik) mübahisələrin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi, Konstitusiya Məhkəməsinin qərarlarının icrası kimi mövzularda məruzələr dinlənilmişdir.
Hakim C.Qaracayev dövlət orqanlarının səlahiyyət bölgüsü sistemində Konstitusiya Məhkəməsinin rolu və qərarlarının icrası məsələlərinə dair müzakirələrdə iştirak etmişdir.
Yekun Plenar iclasında Avstriyanın Konstitusiya Məhkəməsinin Sədri Herhard Holzinger növbəti üç il ərzində Avropa konstitusiya məhkəmələrininkonfransına Avstriyanın rəhbərlik  edəcəyini məmnunluqla qeyd etmiş  və XVI konqresin 12 may 2014-cü il tarixində keçiriləcəyini bildirmişdir.