30.06.2021
30 iyun 2021-ci il tarixində
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb
edilən bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində
fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi
sertifikatlar təqdim edilib.
Konstitusiya Məhkəməsində
könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, səlahiyyətli
subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların ərizə, məktub və
şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olmuşlar.