Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mətbuat xidmətinin Məlumatı

Xəbərlər

2021 Jun

10.06.2021

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətini ictimaiyyət üçün daim açıq və şəffaf şəkildə qurmağa çalışır. Konstitusiya Məhkəməsi gənc və yeni nəsil hüquqşünaslarının Məhkəmənin fəaliyyəti ilə tanış olmaları və öz biliklərini konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində tətbiqi üçün daim yeni imkanlar yaradır.

Həmin prosesin davamı olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi elan edir ki, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair hüquq sahəsində öz biliklərinə güvənən hər bir hüquqşünas, o cümlədən hüquq üzrə təhsil alan tələbələr öz yazılı rəylərini Məhkəməyə təqdim edə bilərlər.

Plenumun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair rəylərin Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsində “İşlərin baxılma cədvəli” bölməsində göstərilən sorğu və yaxud müraciətlərin Plenumda baxılması nəzərdə tutulan tarixədək göndərilməsi xahiş olunur. İcraata qəbul edilmiş sorğu və müraciətlərin elektron formatlarını Məhkəmənin rəsmi internet səhifəsindən yükləmək mümkündür.

İmzalanmış rəylər müəllif haqqında qeyd olunan məlumatlar ilə birlikdə (adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin surəti, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisənin adı, elmi dərəcəsi) Aparatın Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin aşağıda göstərilən məsul əməkdaşlarının elektron poçtlarına göndərilə bilər.

Mövzu (Subject) bölməsində sorğu verənin və yaxud müraciət edənin adı və tarixi göstərilməlidir.

Əlaqə üçün:

Nigar Yaqubova (nigar_yaqubova@constcourt.gov.az)

Səadət Rəsulova (sadat_rasulova@constcourt.gov.az)

Telefon nömrəsi: (012) 492 99 73.