26.05.2021
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi emblemini yeniləmək qərarına gəlib. Bu məqsədlə
peşəkar dizaynerlər və istedadına güvənən şəxslər arasında açıq müsabiqə elan
edilir.
Müsabiqədə istənilən şəxs
iştirak edə bilər.
Müsabiqənin şərtləri:
1. Emblemin
dizaynı özündə Konstitusiya Məhkəməsinin fəaliyyəti və missiyasına dair
elementləri ehtiva etməlidir;
2. Yeni
emblemin dizaynı orijinal, rəngli və konseptual görünüşlü olmalıdır;
3. Müsabiqəyə
yalnız indiyə qədər istifadə edilməyən və mövcud emblemlərin (loqotiplərin)
elementlərini təkrarlamayan layihələr təqdim edilməlidir;
4. Təqdim
olunan layihə yalnız müəllifə məxsus olmalı, daha əvvəl ictimaiyyətə təqdim
edilmiş hər hansı emblemin (loqotipin) element və nişanlarına uyğun gəlməməlidir;
5. Müsabiqəyə
təqdim olunan layihə, izahedici mətnlə birlikdə olmalıdır;
6. Hər
bir iştirakçı bir neçə layihə təqdim edə bilər;
7. Təklif
olunan layihəni təqdim edən şəxs adını, soyadını, şəxsiyyətini təsdiq edən sənədin
surətini, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir;
8. Təklif
olunacaq layihələr iyul ayının 01-dək Konstitusiya Məhkəməsi Aparatının
Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin elektron ünvanlarına göndərilməlidir.
Əlaqə üçün məsul əməkdaşlar:
Nigar Yaqubova (nigar_yaqubova@constcourt.gov.az)
Səadət Rəsulova (sadat_rasulova@constcourt.gov.az)
Telefon nömrəsi: (012)
492 99 73.
Qalib emblemin müəllifi
xüsusi olaraq fərqləndiriləcəkdir.
Təqdim olunan layihələrə
Konstitusiya Məhkəməsinin xüsusi komissiyası tərəfindən baxılaraq müsabiqənin
qalibi elan olunacaq.
Qalib gəlmiş emblem
Konstitusiya Məhkəməsinin saytında, blanklarında və digər rəsmi çap məhsullarında
istifadə ediləcək.
Hər kəsə uğurlar arzulayırıq.