Cari ilin 12 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri, hakimləri və kollektivi Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyətin məzarını ziyarət etmişlər.
Abidəsinin önünə gül dəstələri düzərək Ulu Öndər Heydər Əliyevə sonsuz və dərin ehtiramlarını bildirmişdilər.