Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək kampaniyasına qoşulmuşdur

Xəbərlər

2020 Oct

01.10.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əmək haqlarından 100 min manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilməsi barədə Məhkəmə qərar qəbul etmişdir.