14.08.2020
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə
iclası keçirilib.
İclasda
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya
işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevin və Milli Məclis
Aparatının rəhbəri S.Mirzəyevin, mütəxəssis Ali Məhkəməsinin Mülki
Kollegiyasının sədri S.Hacıyevin yazılı mülahizələrini və işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi
xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan,
məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya
instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə
müraciət etmək hüququnun təmin olunma vasitəsi kimi çıxış edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.