Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq cəmiyyətinin dəstəyi ilə dekabrın 8-dən 11-dək Almaniya Federativ Respublikasında işguzar səfərdə olmuşdur. Almaniya Federal Konstitusiya Məhkəməsinin Sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimləri ilə keçirilmiş görüşlər zamanı konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər ətrafında müxtəlif fikir mübadilələri aparılmışdır. |