Konstitusiya Məhkəməsi koronavirusa qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub

Xəbərlər

2020 Mar

23.03.2020

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Koronavirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulmuşdur. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul etmişlər.